UEFA AVRO-2020 ilə bağlı təşkilatçı şəhərə vaxt qoydu

UEFA AVRO-2020 ilə bağlı təşkilatçı şəhərə vaxt qoydu AVRO-2020-nin ev sahiblərindən Kopenhagen şəhəri oyunları qəbul edə biləcəyi ilə bağlı UEFA-yadövlət zəmanəti təqdim etməlidir.
Futbol
6 May , 2020 18:42
UEFA AVRO-2020 ilə bağlı təşkilatçı şəhərə vaxt qoydu

AVRO-2020-nin ev sahiblərindən Kopenhagen şəhəri oyunları qəbul edə biləcəyi ilə bağlı UEFA-ya
dövlət zəmanəti təqdim etməlidir.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Təşkilat Komitəsinin Mətbuat Xidmətindən bildirilib.

Açıqlamada lazımi sənədlərin mayın 8-dək qitə futbol qurumuna göndərilməli olduğu qeyd olunub.

Daha əvvəl Danimarka paytaxtının təhlükəsizlik səbəbindən yarışa ev sahibliyindən imtina etmək istədiyi bildirilirdi.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası səbəbindən 2021-ci il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi