UEFA AVRO-2020-dən 3 milyarda yaxın gəlir əldə edəcək

UEFA AVRO-2020-dən 3 milyarda yaxın gəlir əldə edəcək UEFA-nın bu il keçiriləcək Avropa çempionatından qazancı 3 milyard avroya yaxın olacaq.
Futbol
3 Mart , 2020 14:40
UEFA AVRO-2020-dən 3 milyarda yaxın gəlir əldə edəcək
google.az

UEFA-nın bu il keçiriləcək Avropa çempionatından qazancı 3 milyard avroya yaxın olacaq.

"Report"un məlumatına görə, bu barədə təşkilatın xəzinədarı David Gill UEFA Konqresində məlumat verib. O bildirib ki, yayım hüquqları 180-dən çox ölkədə satılır: "Yarışın 5 milyard tamaşaçı tərəfindən izlənəcəyi gözlənilir. Avropa çempionatı UEFA-ya təxminən 3 milyard avro gəlir gətirəcək".

Qeyd edək ki, Avropa çempionatı 12 iyun - 12 iyulda olacaq. AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. 

Son xəbərlər

Orphus sistemi