UEFA milli assosiasiyalardan hesabat tələb etməyəcək

UEFA milli assosiasiyalardan hesabat tələb etməyəcək UEFA milli çempionatların taleyi ilə bağlı assosiasiyaların qarşısına qoyduğu tələbləri yumşaldıb.
Futbol
14 May , 2020 17:04
UEFA milli assosiasiyalardan hesabat tələb etməyəcək

UEFA milli çempionatların taleyi ilə bağlı assosiasiyaların qarşısına qoyduğu tələbləri yumşaldıb.

"Report"un məlumatına görə, bu barədə qitə futbol qurumundan "Sport-Ekspress" nəşrinə bildirilib.

UEFA artıq milli federasiyalardan çempionatların bərpası və 2020/2021 mövsümünün başlanğıc tarixləri barədə mayın 25-dək hesabat vermələrini tələb etməyəcək.

Qurumun İcraiyyə Komitəsinin mayın 27-də bəzi vacib qərarlar qəbul edəcəyinə baxmayaraq, rəhbərlik bəzi ölkələrin mövcud vəziyyətlə bağlı müxtəlif məhdudiyyətlərə görə detallı plan hazırlaya bilməyəcəyini anlayır.

Qeyd edək ki, yerli assosiasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 mayadək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə Avropa Peşəkar Futbol Liqası və UEFA-ya məlumat verməlidirlər. Bu, UEFA İcraiyyə Komitəsinin verdiyi qərara əsasən tələb olunan tarixdir.

Orphus sistemi