UEFA Almaniya - Macarıstan oyunu ilə bağlı intizam işi açdı

UEFA Almaniya - Macarıstan oyunu ilə bağlı intizam işi açdı Macarıstan dövlət himninin oxunması zamanı azarkeşlərdən biri Almaniya yığmasının geyimində və LGBT-nin rənglərini özündə əks etdirən göy qurşağı formasında bayraqla meydana qaçıb
Futbol
25 İyun , 2021 13:53
UEFA Almaniya - Macarıstan oyunu ilə bağlı intizam işi açdı

UEFA Avropa çempionatının F qrupundakı Almaniya - Macarıstan maçındakı mümkün ayrıseçkiliklə bağlı intizam işi açıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Macarıstan dövlət himninin oxunması zamanı azarkeşlərdən biri Almaniya yığmasının geyimində və LGBT-nin rənglərini özündə əks etdirən göy qurşağı formasında bayraqla meydana qaçıb.

Avropa futbol qurumu məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib. UEFA matçdan əvvəl "Alyans Arena"nın göy qurşağı rənglərində işıqlandırılmasını qadağan edib.

Son xəbərlər

Orphus sistemi