UEFA 2018/2019 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

UEFA 2018/2019 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb UEFA 2018/2019 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
Futbol
15 Avqust , 2019 16:47
UEFA 2018/2019 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

UEFA 2018/2019 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

"Report" xəbər verir ki, mövsümün ən yaxşı kişi oyunçusu adına argentinalı Lionel Messi ("Barselona", İspaniya), hollandiyalı Vircil van Deyk ("Liverpul", İngiltərə) və portuqaliyalı Kriştianu Ronaldu ("Yuventus", İtaliya) iddialıdır.

Mövsümün ən yaxşı qadın futbolçusu adına isə Fransanın "Lion" komandasının üzvləri - fransalı Amandi Anri, ingiltərəli Lüsi Bronz və norveçli Ada Hegerberq namizəd göstəriliblər.

Qeyd edək ki, qalibin adı avqustun 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.  Ötən mövsüm bu ada müvafiq olaraq xorvatiyalı Luka Modriç ("Real Madrid", İspaniya) və danimarkalı Pernille Harder ("Volfsburq", Almaniya) layiq görülüblər.

Son xəbərlər

Orphus sistemi