UEFA 2017-ci ildə Çempionlar Liqasının rəmzi gənclər yığmasını açıqlayıb

UEFA 2017-ci ildə Çempionlar Liqasının rəmzi gənclər yığmasını açıqlayıb Qrupa Ederson, Mbappe və Asensio kimi gənc futbolçular daxil olub
Futbol
25 Dekabr , 2017 06:15
UEFA 2017-ci ildə Çempionlar Liqasının rəmzi gənclər yığmasını açıqlayıb

Bakı. 25 dekabr. REPORT.AZ/ UEFA 2017-ci ildə Çempionlar Liqasının gənc ulduzlarından ibarət rəmzi yığmasını tərtib edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Seçim zamanı 24-dən çox olmamaq şərti ilə futbolçunun yaşı, bu il turnirdə debütü və ya əvvəllər Çempionlar Liqasında olduqca az iştirak təcrübəsindən sonra irəliləyiş nəzərə alınıb.

Yığmanın tərkibinə qapıçı Ederson ("Benfika"/"Mançester Siti"), müdafiəçilər Nelson Semedu ("Benfika"/"Barselona"), Davinson Sançes ("Tottenhem"), Niklas Züle ("Bavariya"), Kiran Tirni ("Seltik"), yarımmüdafiəçilər Harri Uinqs ("Tottenhem"), Anderson Taliska ("Beşiktaş"), Marko Asensio ("Real") və hücumçular Kilian Mbappe ("Monako"/"Pari Sen-Jermen"), Timo Verner ("Leyptsiq") və Dimitri Oberlin ("Bazel").

Son xəbərlər

Orphus sistemi