UEFA 2017/2018 mövsümünün ən yaxşı qolunu açıqlayıb

UEFA 2017/2018 mövsümünün ən yaxşı qolunu açıqlayıb Onu 197 mindən çox şəxs seçib
Futbol
28 Avqust , 2018 16:02
UEFA 2017/2018 mövsümünün ən yaxşı qolunu açıqlayıb

Bakı. 28 avqust. REPORT.AZ/ UEFA 2017/2018 mövsümündə vurulan ən yaxşı qolu açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, 346 mindən çox azarkeşin iştirak etdiyi sorğuda Kriştianu Ronaldunun İspaniya “Real Madrid”inin heyətində hazırkı komandası – İtaliya “Yuventus”una Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda vurduğu qol birinci olub.

197 mindən çox şəxs 33 yaşlı portuqaliyalı hücumçunun aşırma zərbə ilə vurduğu qolu ən yaxşı sayıb.

Qeyd edək ki, Kriştianu Ronaldu bu yay “Yuventus”a transfer olunub.

Son xəbərlər

Orphus sistemi