"Udineze" və "Liverpul" türk futbolçu ilə maraqlanır

"Udineze" və "Liverpul" türk futbolçu ilə maraqlanır İtaliyanın Udineze və İngiltərənin Liverpul klubları İstanbulda Beşiktaşın türk xavbeki Dorukhan Toközlə maraqlanır.
Futbol
17 İyun , 2019 07:54
Udineze və Liverpul türk futbolçu ilə maraqlanır

İtaliyanın "Udineze" və İngiltərənin "Liverpul" klubları İstanbulda "Beşiktaş"ın türk xavbeki Dorukhan Toközlə maraqlanır.

"Report" "Fotomac"a istinadən xəbər verir ki, "Beşiktaş" artıq "Udineze"nin 23 yaşlı futbolçunu 8 milyon avroya transfer etməklə bağlı təklifini rədd edib.

Türkiyə paytaxtından olan klub futbolçunu 10 milyon avrodan aşağı qiymətə satmağı nəzərdə tutmur.

Əskişəhər əsilli futbolçu ilə həm də "Liverpul" maraqlanır. Mersisaydlılar artıq ilkin danışıqlar aparıblar, lakin hələ ki, transferlə bağlı rəsmi təklif irəli sürməyiblər.

Son xəbərlər

Orphus sistemi