Üçqat Azərbaycan çempionu Braziliya klubuna keçib

Üçqat Azərbaycan çempionu Braziliya klubuna keçib Futbol üzrə üçqat Azərbaycan çempionu olan Denis Silva Kruzun yeni iş yeri müəyyənləşib.
Futbol
21 Dekabr , 2019 10:54
Üçqat Azərbaycan çempionu Braziliya klubuna keçib

Futbol üzrə üçqat Azərbaycan çempionu olan Denis Silva Kruzun yeni iş yeri müəyyənləşib.

“Report” xəbər verir ki, 33 yaşlı braziliyalı mərkəz müdafiəçisi karyerasını vətənində davam etdirəcək. O, D Seriyasında çıxış edən “San Kaetano” ilə anlaşıb. Sözləşmənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Denis Silva “Xəzər Lənkəran” və “Neftçi”nin də formasını geyinib. O, 4 dəfə Azərbaycan Kubokunu da qazanıb.

Son xəbərlər

Orphus sistemi