Ukrayna Futbol Assosiasiyasının prezidenti korrupsiyada ittiham olunur

Ukrayna Futbol Assosiasiyasının prezidenti korrupsiyada ittiham olunur Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko UEFA və FIFA-nın araşdırma obyektinə çevrilib.
Futbol
12 May , 2020 00:44
Ukrayna Futbol Assosiasiyasının prezidenti korrupsiyada ittiham olunur

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko UEFA və FIFA-nın araşdırma obyektinə çevrilib.

"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, UEFA İcraiyyə Komitəsinin üzvü korrupsiyada ittiham olunur. 45 yaşlı funksioner 2018-ci ilin sentyabrından UEFA təhqiqatçıları ilə yazışmalar aparıb. Məqsəd 2017-ci ildə onun UAF-a milyonlarla vəsait ödəməsinin səbəbini izah etməkdən ibarət olub. Avropa futbol qurumu məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Ötən il "L illustre" nəşrinin jurnalisti Ukraynadan gələn zənglə hədələndiyini bildirib. Jurnalda UEFA-dan Ukraynaya göndərilmiş pullarla bağlı məqalə dərc olunub. Bundan sonra İsveçrə prokurorluğu Pavelkonu dindirib.

Qeyd edək ki, Andrey Pavelko 2017-ci il iyunun 16-dan UAF prezidenti, 7 fevral 2019-cu ildən UEFA İcraiyyə Komitəsinin üzvüdür. 

Son xəbərlər

Orphus sistemi