19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin mərhələsinin Çexiyada keçirilmiş qrup oyunları (9-15 oktyabr) müddətində müvafiq yaş qrupuna aid Azərbaycan milli komandasının bir neçə futbolçusunun intizam qaydalarını pozması - siqaret çəkməsi komandanın məşqçi heyəti tərəfindən müəyyən olunub.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq.
İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək.