Tyaqo Silva “Fluminense”yə qayıtmaq istəyir

Tyaqo Silva “Fluminense”yə qayıtmaq istəyir Fransanın PSJ futbol klubunun və Braziliya milli komandasının müdafiəçisi Tyaqo Silva etiraf edib ki, gələcəkdə Fluminenseyə qayıtmaq arzusundadır.
Futbol
129
4 Aprel , 2020 01:45
Tyaqo Silva “Fluminense”yə qayıtmaq istəyir

Fransanın PSJ futbol klubunun və Braziliya milli komandasının müdafiəçisi Tyaqo Silva etiraf edib ki, gələcəkdə "Fluminense"yə qayıtmaq arzusundadır.

Bu barədə “Report” “L Equipe”yə istinadən xəbər verir.

"Həyatımın ən çətin anlarından birində "Fluminense" mənə kömək etdi. Mən kluba təşəkkür edirəm. Bu, hər şeydən daha əhəmiyyətlidir. Bilmirəm nə vaxt, amma qayıtmağı və həmin formanı yenidən geyinməyi düşünürəm", - Silva bildirib.

Tyaqo Silva 1998-ci ildən 2000-ci ilə qədər "Fluminense" gənclər komandasında çıxış edib, 2006-cı ildən 2008-ci ilə qədər isə Braziliya klubunun əsas komandasının heyətində oynayıb.

Silva PSJ-də 2012-ci ildən çıxış edir. 35 yaşlı braziliyalı müdafiəçi cari mövsümdə Fransa Liqasının 21 matçında iştirak edib, ancaq məhsuldar ötürmə ilə yadda qalmayıb. 

 PSJ klubunun futbolçusu koronavirus pandemiyasına görə Braziliyaya qayıdıblar. Fransız klubu bütün oyunçulara özlərini istədikləri yerdə sərbəst təcrid etməyə icazə verib. Onlardan bəziləri Silva kimi vətənə qayıtmaq barədə qərar qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi