​Tuyqun Nadirov: "Oğuz Çətinin istefası bizim üçün gözlənilməz oldu"

​Tuyqun Nadirov: "Oğuz Çətinin istefası bizim üçün gözlənilməz oldu" "Onun gəlib-gəlməyəcəyi hələlik dəqiq deyil"
Futbol
22 Dekabr , 2014 20:02
​Tuyqun Nadirov: Oğuz Çətinin istefası bizim üçün gözlənilməz oldu

Bakı. 22 dekabr. REPORT.AZ/ "Oğuz Çətin bu gün səhər istefa verdi. Onun istefası bizim üçün gözlənilməz oldu". "Report"un məlumatına görə, bu barədə "Xəzər Lənkəran" futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, O.Çətin Lənkərən komandasının prezidenti Mais Mənsimovla görüşü zamanı ayrılmaq istədiyini deyib: "Oğuz Çətin klub rəhbərliyi tərəfindən onun üçün yaradılan şəraitə görə təşəkkür edib və klubdan ayrılaraq vətəninə gedib. Onun gəlib-gəlməyəcəyi hələlik dəqiq deyil".



Son xəbərlər

Orphus sistemi