Türkiyənin məşhur futbol hakiminə Çindən təklif gəlib

Türkiyənin məşhur futbol hakiminə Çindən təklif gəlib Bakı. 30 aprel. REPORT.AZ/ Son vaxtlar futbola xeyli vəsait xərcləyən Çin məşqçi və futbolçulardan sonra hakim transferinə də başlayıb.
Futbol
30 Aprel , 2018 13:11
Türkiyənin məşhur futbol hakiminə Çindən təklif gəlib

Bakı. 30 aprel. REPORT.AZ/ Son vaxtlar futbola xeyli vəsait xərcləyən Çin məşqçi və futbolçulardan sonra hakim transferinə də başlayıb.

"Report"un "CNN Türk"ə istinadən verdiyi məlumata görə, Çin Futbol Federasiyası türkiyəli məşhur referi Cüneyt Çakıra cəlbedici təklif göndərib. 42 yaşlı hakim buna müsbət reaksiya verib. 

Məsələ rəsmiləşəcəyi təqdirdə, o, növbəti mövsüm Çin Super Liqasındakı oyunları idarə edəcək və Türkiyədəki qarşılaşmalara təyinat almayacaq.

Qeyd edək ki, hakim transferini ilk dəfə Səduiyyə Ərəbistan Futbol Federasiyası reallaşdırıb. Bu qurum ötən il məşhur ingiltərəli referi Mark Klattenburqla razılıq əldə edib. 

Son xəbərlər

Orphus sistemi