Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyənin I Liqasında çıxış edən "Giresunspor" komandasının futbolçusu Ayaz Mehdiyev komandadan göndəriləcək. "Report"un "İhlas" agentliyinə istinadən verdiyi məlumata görə, klub prezidenti Mustafa Temel Bozbağ keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.
Klub prezidenti hələ 6 ay da zədə üzündən yaşıl meydanlardan uzaq qalacaq Mehdiyevlə anlaşmanı donduracaqlarını bildirib. O, azərbaycanlı müdafiəçinin əvəzinə, qırğız futbolçu alacaqlarını deyib.
Qeyd edək ki, Ayaz Mehdiyevin Azərbaycanda sonuncu klubu "Rəvan" olub. O, "Giresunspor"a ötən yay keçib.