​Türkiyənin "Fənərbağça" klubu Rusiya "Lokomotiv"i ilə qarşılaşacaq

​Türkiyənin "Fənərbağça" klubu Rusiya "Lokomotiv"i ilə qarşılaşacaq Bu gün Avropa Liqasında mövsümün ikinci yarısına start verilir
Futbol
16 Fevral , 2016 10:26
​Türkiyənin Fənərbağça klubu Rusiya Lokomotivi ilə qarşılaşacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunu keçiriləcək. "Report"un məlumatına görə, Türkiyənin "Fənərbağça" klubu öz meydanında Rusiya "Lokomotiv"ini qəbul edəcək.

İstanbuldakı Şükrü Saracoğlu stadionunda keçiriləcək qarşılaşmanı isveçli hakimlər briqadası idarə edəcək. 

Qrup mərhələsində "Fənərbağça" 9 xal toplayaraq Hollandiyanın "Ayaks" və Şotlandiyanın "Seltik" komandalarını qabaqlayıb. Yalnız Norveç "Molde"sindən geri qalan İstanbul klubu qrup mərhələsini ikinci pillədə tamamlayaraq 1/16 finala yüksəlib. Moskva təmsilçisi isə Türkiyənin "Beşiktaş", Portuqaliyanın "Sportinq" və Albaniyanın "Skenderbeu" klublarının çıxış etdiyi qrupda birinci olub.

Cavab görüşü fevralın 25-də Moskvada baş tutacaq.

Avropa Liqası, 1/16 final

21:00. "Fənərbağça" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)

Baş hakim: Martin Strömberqsson (İsveç)

İstanbul. Şükrü Saracoğlu Stadionu.

Qeyd edək ki, 1/16 final mərhələsinin digər oyunları fevralın 18-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi