"Neftçi" və "Keşlə" Antalyada son yoxlama oyununu keçirəcək

"Neftçi" və "Keşlə" Antalyada son yoxlama oyununu keçirəcək Türkiyənin Antalya bölgəsində təlim-məşq
Futbol
24 Yanvar , 2020 09:30
Neftçi və Keşlə Antalyada son yoxlama oyununu keçirəcək

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.

"Report"un məlumatına görə, bu gün Premyer Liqa təmsilçilərindən 2-si yoxlama görüşlərində qüvvələrini sınayacaq.

"Keşlə" son yoxlama matçında bu dəfə Slovakiyanın "Zemplin" klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisinin oyunu Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

"Neftçi" klubu da Antalyada son matçına çıxacaq. "Ağ-qaralar" bu dəfə Ukraynanın "Desna” klubu ilə qarşılaşacaq. Matç saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Keşlə" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau" klubuna 1:4, ardından Rusiya "Arsenal"ına 1:2 hesabı ilə uduzub. İlk matçında Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzan "Neftçi" Kiyev "Dinamo"su ilə görüşdə də meydanı məğlub tərk edib - 1:2.

Son xəbərlər

Orphus sistemi