Bu gün Azərbaycanın daha üç klubu Antalyada yoxlama oyunu keçirəcək

Bu gün Azərbaycanın daha üç klubu Antalyada yoxlama oyunu keçirəcək Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama görüşləri davam edir.
Futbol
15 Yanvar , 2020 09:15
Bu gün Azərbaycanın daha üç klubu Antalyada yoxlama oyunu keçirəcək

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama görüşləri davam edir.

"Report"un məlumatına görə, bu gün Premyer Liqanın daha 3 təmsilçisi - "Neftçi", "Sabah" və "Səbail" klubları yoxlama matçında qüvvələrini sınayacaq.

"Neftçi" ilk sınağında Polşanın "LKS Lodz" klubu ilə qarşılaşacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 17:00-da veriləcək.

İlk görüşündə Macarıstan "Pakş"ına 0:2 hesabı ilə uduzan "Sabah" bu gün Rumıniyanın "Akademika Klinçeni" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyun da Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Premyer Liqanın autsayderi olan "Səbail" klubu Qazaxıstan təmsilçisi "Jetısu"nu sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə Azərbaycan klublarından "Sabah" Macarıstanın "Pakş" klubuna 0:2, "Zirə" Türkiyə "Ümraniyespor"una 0:3, "Sumqayıt" isə Macarıstan "Kaposvar"ına 3:4 və "Qəbələ" Macarıstan MTK-sına 0:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi