Türkiyəli müdafiəçi: "İsveçrə ilə oyun bizim üçün yeni şansdır"

Türkiyəli müdafiəçi: "İsveçrə ilə oyun bizim üçün yeni şansdır" "Bu vəziyyətdə olduğumuz, xalqımızı, bizi sevənləri üzdüyümüz üçün məyusuq".
Futbol
19 İyun , 2021 18:22
Türkiyəli müdafiəçi: İsveçrə ilə oyun bizim üçün yeni şansdır

"Bu vəziyyətdə olduğumuz, xalqımızı, bizi sevənləri üzdüyümüz üçün məyusuq".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü İsveçrəyə qarşı keçirəcəkləri AVRO-2020-nin A qrupunun III tur matçından öncə mətbuat konfransında deyib.

25 yaşlı müdafiəçi sabahkı matçda qələbə qazanmaq istədiklərini bildirib: "1/8 finala çıxsaq da, qrupda qalsaq da, meydanı 3 xalla tərk etmək istəyirik. Hamımız pis oluruq, amma İsveçrə ilə oyun bizim üçün yeni şansdır. Komanda şəklində yaxşı müdafiə olunmalıyıq. Təbii ki, 2 oyuna 5 qol buraxmaq yaxşı deyil".

İngiltərənin "Lester" klubunda çıxış edən oyunçunun sözlərinə görə, hər matçdan sonra səhvləri analiz edirlər: "Hətta yaxşı oynadığımız oyunlardan sonra da səhvlərimizi müzakirə edirik. Heç kim oyunların belə bitməsini istəməzdi. Hazırda əsas diqqətimiz sabahkı oyundadır".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə - Türkiyə matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi