Türkiyəli hakimlər millimizin matçına təyinat aldı

Türkiyəli hakimlər millimizin matçına təyinat aldı 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Fransa oyununun hakimləri açıqlanıb. 
Futbol
772
4 Sentyabr , 2020 12:14
Türkiyəli hakimlər millimizin matçına təyinat aldı
Halis Özkahya

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Fransa oyununun təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, qarşılaşma Türkiyədən olan hakimlər briqadasına həvalə edilib. FIFA referisi Halis Özkahyaya Kerem Ersoy və Serkan Olguncan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək. 

Hakim inspektor isə rumıniyalı Augustus Konstantin olacaq. 

Qeyd edək ki, sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi