Türkiyəli futbolçu rəqibini ayağından dişlədiyi üçün cəzalandırılıb

Türkiyəli futbolçu rəqibini ayağından dişlədiyi üçün cəzalandırılıb Nadir Çiftçi 6 oyunu buraxacaq
Futbol
21 İyul , 2015 18:07
Türkiyəli futbolçu rəqibini ayağından dişlədiyi üçün cəzalandırılıb

Bakı. 21 iyul. REPORT.AZ/ Şotlandiyanın "Seltik" komandasının futbolçusu Nadir Çiftçi ölkə çempionatının ilk oyunlarını buraxmalı olacaq. "Report"un məlumatına görə, 22 yaşlı hücumçu ötən mövsüm "Dandi Yunayted"də çıxış etdiyi vaxt rəqib oyunçunu ayağından dişləyib.

Həmin vaxt Çiftçi meydandan qovulmayıb. Amma o, çempionatın son 2 matçını buraxmalı olub. Şotlandiya çempionatının İntizam Komitəsi günahını inkar edən forvardı 6 oyunluq cəzalandırıb.

Qeyd edək ki, Nadir Çiftçi "Seltik"ə yayda 1,5 milyon funt sterlinqə keçib. Bu klub Çempionlar Liqasında "Qarabağ"ın potensial rəqibidir. 

Son xəbərlər

Orphus sistemi