Türk futbolçu "Marsel"i məğlubiyyətdən xilas edib

Türk futbolçu "Marsel"i məğlubiyyətdən xilas edib Futbol üzrə Fransa Liqa 1-də XXI turun son oyunu "Marsel" və "Lill" arasında keçirilib
Futbol
748
17 Yanvar , 2022 01:38
Türk futbolçu Marseli məğlubiyyətdən xilas edib

Futbol üzrə Fransa Liqa 1-də XXI turun son oyunu "Marsel" və "Lill" arasında keçirilib.

"Report"un məlumatına görə, "Velodrom" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Hesabı 15-ci dəqiqədə qonaq komandadan Sven Botman açıb. 32-ci dəqiqədə Andre Bencamin qırmızı vərəqə alaraq, "Lill"i azlıqda qoyub. Meydan sahibləri say üstünlüyündən 75-ci dəqiqədə yararlanmağı bacarıb. Türkiyəli futbolçu Cengiz Under komandanın lideri Dimitri Payenin ötürməsindən sonra bərabərlik qolunu vurub.

Bu nəticədən sonra "Marsel" 37 xalla 3-cü pillədə qalıb. 29 xala malik "Lill" isə 10-cu pilləyə yüksəlib.

Qeyd edək ki, "Marsel" UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək. İlk oyun fevralın 17-də "Velodrom"da, cavab görüşü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi