Türkiyəli futbolçu "İnter"də oynayacaq

Türkiyəli futbolçu "İnter"də oynayacaq İtaliyalılar Caner Erkinlə üçillik müqavilə imzalayıb
Futbol
1 İyun , 2016 17:33
Türkiyəli futbolçu İnterdə oynayacaq

Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" futbol klubunun oyunçusu Caner Erkin İtaliyanın A seriyasında çıxış edən "İnter" komandasına transfer olub.

"Report" xəbər verir ki, bu barədə "İnter"in rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, italiyalılar türkiyəli futbolçu ilə üçillik müqavilə imzalayıblar.

Qeyd edək ki, "İnter"in saytında Canerlə bağlı statistik göstəricilərlə yanaşı, "Xoş gəldin, Caner!" sözləri də paylaşılıb. 

Son xəbərlər

Orphus sistemi