Mahir Emreli "Qalatasaray" rəsmisinə təklif olundu

Mahir Emreli "Qalatasaray" rəsmisinə təklif olundu Tvitterdə İmla Kılavuzoğlu adlı istifadəçi tvitterdə İstanbul təmsilçisinin rəsmisinə müraciət edib
Futbol
26 Fevral , 2021 15:41
Mahir Emreli Qalatasaray rəsmisinə təklif olundu
Mahir Emreli

Türkiyənin "Qalatasaray" klubunun skautu Emre Utkucan sosial şəbəkədə Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə bağlı maraqlı təklif alıb.

"Report" xəbər verir ki, tvitterdə İmla Kılavuzoğlu adlı istifadəçi İstanbul təmsilçisinin rəsmi nümayəndəsinə müraciət edib.

O, Utkucanın paylaşımına yazdığı şərhdə Azərbaycandan "Qalatasaray"da indiyədək heç kimin çıxış etmədiyini bildirib: "Emre bəy, "Qarabağ"dakı Mahir Emrelini izləmisiniz? Komandamızda bu vaxtadək Azərbaycan türkü olmayıb. Bunu qeyd dəftərinizin küncünə yazın".

Qeyd edək ki, Mahir Emreli qış transfer dönəmində Polşanın "Zaqlembe" və "Rakuv", Avstriyanın "Şturm" və Macarıstanın adı açıqlanmayan klubundan təklif alıb. 24 yaşlı hücumçu mövsümün sonunadək "Qarabağ"da qalmağa qərar verib. Onun Ağdam təmsilçisi ilə sözləşməsi yayda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi