Türkiyədəki yanğında futbol klubunun sabiq prezidenti həyatını itirib

Türkiyədəki yanğında futbol klubunun sabiq prezidenti həyatını itirib Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində "Orduspor" klubunun sabiq prezidenti Nedim Türkmen də vəfat edib.
Futbol
21 Yanvar , 2025 18:49
Türkiyədəki yanğında futbol klubunun sabiq prezidenti həyatını itirib

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində "Orduspor" klubunun sabiq prezidenti Nedim Türkmen də vəfat edib.

"Report" qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, 66 yaşlı keçmiş klub rəhbəri faciə nəticəsində ailə üzvləri ilə birlikdə dünyasını dəyişib.

N.Türkmen 2009-2014-cü illərdə "Orduspor"un prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi