Türkiyə millisinin üzvü və tanınmış futbolçular küçəyə çıxa bilmir - SİYAHI

Türkiyə millisinin üzvü və tanınmış futbolçular küçəyə çıxa bilmir - SİYAHI Türkiyədə koronavirusa görə 20 yaşa qədər gənclərə tətbiq olunan evdən bayıra çıxma qadağası ölkədəki futbolçulara da təsir edib.
Futbol
4 Aprel , 2020 14:36
Türkiyə millisinin üzvü və tanınmış futbolçular küçəyə çıxa bilmir - SİYAHI

Türkiyədə koronavirusa görə 20 yaşa qədər gənclərə tətbiq olunan evdən bayıra çıxma qadağası ölkədəki futbolçulara da təsir edib.

“Report” yerli mətbuara istinadən xəbər verir ki, Superliqa komandaları ilə yanaşı, aşağı çempionatlardakı bir neçə klubun üzvləri də qadağa ilə üzləşib.

Superliqada “Sivaspor”un qapıçısı Muhammer Can Tuncer, yarımmüdafiəçilərdən Furkan Sağman və serbiyalı legioner Armin Djerlek qərara əsasən evdən bayıra çıxa bilməyəcək.

Ölkənin tanınmış oyunçularından isə Türkiyə millisinin və “Trabzonspor”un futbolçusu Abdulkadir Ömür, “Qalatasaray”dan Emin Bayram, “Fənərbağça”dan Allahyar Sayyadmaneş, “Başakşehir”dən Emre Kaplan qadağa ilə üzləşiblər.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası Superliqanın ən yaxşı halda iyunda başlayacağını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi