​Türkiyədə "Lokomotiv" klubunun azarkeşi bıçaqlanıb

​Türkiyədə "Lokomotiv" klubunun azarkeşi bıçaqlanıb Rusiyalı 2 turistlə türkiyəli qrup arasında dava düşüb
Futbol
5 Noyabr , 2015 11:10
​Türkiyədə Lokomotiv klubunun azarkeşi bıçaqlanıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində bu gecə keçiriləcək "Beşiktaş" və "Lokomotiv" komandaları arasındakı görüşü izləməyə gələn rusiyalı turist bıçaqlanıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, rusiyalı 2 turistlə türkiyəli qrup arasında dava düşüb.

Nəticədə Simpnou Cnmohob ad-soyadlı turist ayağından və başından bıçaqlanıb. Xəsarət alan azarkeş təcili xəstəxanaya çatdırılıb.

Polis gələnədək davada iştirak edən yerli qrup hadisə yerindən qaçıb. Yaralanan turistin "Lokomotiv" azarkeşi olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi