Türkiyədə himn səsi eşidən baş hakim oyunu dayandırıb - VİDEO

Türkiyədə himn səsi eşidən baş hakim oyunu dayandırıb - VİDEO Türkiyənin Zonquldak şəhərindəki Eregil qəsəbəsində həvəskar futbolçulardan ibarət Kepez Çaylıoğluspor və Çates Işıkspor komandaları arasındakı pley-off mərhələsinin cavab oyunu zamanı qeyri-adi hadisə baş verib.
Futbol
6 Aprel , 2019 10:48
Türkiyədə himn səsi eşidən baş hakim oyunu dayandırıb - VİDEO

Türkiyənin Zonquldak şəhərindəki Eregil qəsəbəsində həvəskar futbolçulardan ibarət "Kepez Çaylıoğluspor" və "Çates Işıkspor" komandaları arasındakı pley-off mərhələsinin cavab oyunu zamanı qeyri-adi hadisə baş verib.

"Report"un məlumatına görə, baş hakim Hakan Ergin çöldə oxunan İstiqlal Marşını eşidən kimi matçı dayandırıb. Ardından o, meydandakı futbolçular və tribunadakı azarkeşlərlə birgə ehtiram əlaməti olaraq, sayğı duruşu ilə himni oxumağa başlayıb. Görüş himn başa çatdıqdan sonra qaldığı yerdən davam etdirilib. Referinin bu qərarı təqdirəlayiq hal kimi qiymətləndirilib.

Qeyd edək ki, görüş "Çates Işıkspor"un qələbəsi ilə yekunlaşıb - 2:1. 

Son xəbərlər

Orphus sistemi