Türkiyədə futbol klubu şəhidin adını daşıyacaq

Türkiyədə futbol klubu şəhidin adını daşıyacaq Bu barədə "Trabzonspor" klubunun rəsmisi məlumat verib
Futbol
25 Oktyabr , 2016 11:18
Türkiyədə futbol klubu şəhidin adını daşıyacaq

Bakı. 25 oktyabr. REPORT.AZ/ Türkiyədə Fətullahçı Terror Təşkilatının dövlət çevrilişinə cəhdi zamanı general Semih Terzini alnından vuraraq öldürən əsgər Ömer Halisdemirin adı futbol klubuna veriləcək. "Report"un "Sabah"a istinadən verdiyi məlumata görə, bu barədə "Trabzonspor" klubunun idarə heyətində yer alan Gökhan Saral açıqlama verib.

G.Saral bildirib ki, şəhidin doğulduğu Çukurkuyu bölgəsinin həvəskarlardan ibarət futbol komandası onun adını daşıyacaq: "Klubun adı Ömər Halisdemir İdman Klubu olaraq dəyişdiriləcək. Biz də klub prezidenti Doğan Halisdemirlə görüşmüşük. "Trabzonspor" olaraq, komandanın bütün ehtiyaclarını qarşılamaq üçün hər cür dəstək verəcəyik".

Qeyd edək ki, bununla yanaşı "Trabzonspor" klubu şəhidin ailəsini "Akyazı" stadionunun açılışına dəvət edib.

Son xəbərlər

Orphus sistemi