Türkiyə yığmasının futbolçusu zədələnib

Türkiyə yığmasının futbolçusu zədələnib Rusiya MOİK-inin futbolçusu Yusuf Yazıcı Türkiyə yığmasının düşərgəsində zədələnib.
Futbol
28 Mart , 2022 01:14
Türkiyə yığmasının futbolçusu zədələnib
Yusuf Yazıcı

Rusiya MOİK-inin futbolçusu Yusuf Yazıcı Türkiyə yığmasının düşərgəsində zədələnib.

"Report"un Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi yüngül xəsarət alması səbəbindən son məşqə qatılmayıb.

Hazırda "ay-ulduzlular" İtaliya yığması ilə martın 29-da keçirəcəkləri yoldaşlıq görüşünə hazırlaşır.

Qeyd edək ki, müqavilə ilə Fransa "Lill"inə məxsus Yusuf Yazıcı MOİK-də icarə əsasənda forma geyinir. O, Türkiyə millisində 39 matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi