Rıdvan Yılmaz: "Azərbaycanla oyunda daha həyəcanlı idim"

Rıdvan Yılmaz: "Azərbaycanla oyunda daha həyəcanlı idim" "Qalib gəlmək istəyirdik"
Futbol
103
2 İyun , 2021 09:42
Rıdvan Yılmaz: Azərbaycanla oyunda daha həyəcanlı idim
Rıdvan Yılmaz

"Təbii ki, bir az həyacanlı idim. Qalib gəlmək istəyirdik. Komanda olaraq yaxşı mübarizə apardığımızı düşünürəm".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Rıdvan Yılmaz Qvineya yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq oyunu barədə "TRT Spor"a açıqlamasında deyib.

20 yaşlı müdafiəçi daha yaxşı oynamaq üçün çalışacaqlarını bildirib: "Qarşıda Avropa çempionatı var. Orada daha yaxşı çıxış edəcəyik".

Yılmaz Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq qarşılaşmasına da toxunub. O, həmin görüşdə millidə debüt etdiyi üçün daha çox həyəcanlı olduğunu vurğulayıb: "Qvineyaya qarşı oyunda həyəcanımı bir az aşa bildim".

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun iyunun 12-də İsveçrə – Uels, iyunun 16-da Türkiyə – Uels və iyunun 20-də Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin iyulun 3-də keçiriləcək 1 oyununa ev sahibliyi etməlidir.

Son xəbərlər

Orphus sistemi