Türkiyə Xorvatiya ilə heç-heçə etdi, dünya çempionu uduzdu

Türkiyə Xorvatiya ilə heç-heçə etdi, dünya çempionu uduzdu Bu gün Avropa zonası üzrə bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq oyunları keçirib.
Futbol
12 Noyabr , 2020 02:00
Türkiyə Xorvatiya ilə heç-heçə etdi, dünya çempionu uduzdu

Bu gün Avropa zonası üzrə bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq oyunları keçirib.

"Report"un məlumatına görə, ümumilikdə 19 qarşılaşma gerçəkləşib.

Azərbaycan millisi səfərdə Sloveniya ilə qolsuz heş-heçə edib. Komandanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro Qazaxıstanla eyni nəticəyə razı olub. Lüksemburq isə evdə Avstriyaya 0:3 hesabı ilə uduzub.

Türkiyə yığması İstanbulda Xorvatiyanı qəbul edib. Matç 3:3 qollu bərabərliklə başa çatıb.

Günün mərkəzi görüşü isə Amsterdamda baş tutub. Niderland və İspaniya komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.

Son dünya çempionu Fransa isə doğma meydanda Finlandiyaya uduzub - 0:2.

Yoldaşlıq görüşləri
18:45. Yunanıstan - Kipr - 2:1
19:00. Albaniya - Kosovo - 2:1
21.00. Rumıniya - Belarus - 5:3
21:00. Monteneqro - Qazaxıstan - 0:0
21:00. San Marino - Latviya - 0:3
21.00. Litva - Farer adaları - 2:1
21:00. Malta - Lixtenşteyn - 3:0.
21:30. Bolqarıstan - Cəbəllütariq - 3:0
21:45. Türkiyə - Xorvatiya - 3:3.
22:30. Danimarka - İsveç - 2:0
23:30. Lüksemburq - Avstriya - 0:3.
23:45. Sloveniya - Azərbaycan - 0:0

23:45. Portuqaliya - Andorra - 7:0.
23:45. İtaliya - Estoniya - 4:0.
23:45. Belçika - İsveçrə - 2:1
23:45. Polşa - Ukrayna - 2:0
23:45. Almaniya - Çexiya Respublikası - 1:0.
23:45. Niderland - İspaniya - 1:1

00:10. Fransa - Finlandiya - 0:2

Son xəbərlər

Orphus sistemi