Türkiyə Superliqası: "Fənərbağça” "Qalatasaray”ı məğlub edib - VİDEO

Türkiyə Superliqası: "Fənərbağça” "Qalatasaray”ı məğlub edib - VİDEO XI turun derbi matçında iki qol vurulub
Futbol
1308
20 Noyabr , 2016 23:36
Türkiyə Superliqası: Fənərbağça” Qalatasaray”ı məğlub edib - VİDEO

Bakı. 20 noyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Superliqasının XII turu çərçivəsində "Fənərbağça” doğma meydanda "Qalatasaray”ı qəbul edib.

“Report” xəbər verir ki, "Şükrü Saracoğlu" adına stadionda baş tutan derbi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Oyunun qəhrəmanı Robin van Persi olub. Holland hücumçu matçda hər 2 qolun müəllifi olub.

“Fənərbağça” bu nəticə ilə derbidə qələbə nisbətini bir qədər də artırıb. Komanda artıq 151-ci qələbəsini hesabına yazdırıb. Keçirilən 385 matçdan 127-də "Qalatasaray” qələbəyə sevinib, 107 qarşılaşma isə bərabərlik qeydə alınıb.

“Fənərbağça" bu qələbə sayəsində turnir cədvəlində "Qalatasaray”ı keçərək 21 xalla 3-cü pilləyə yüksəlib. “Qalatasaray” isə 20 xalla 5-ci pillədə qərarlaşıb.

Türkiyə Superliqası, XII tur

21:00. "Fənərbağça" - "Qalatasaray" - 2:0

Qollar: Robin van Persi, 45, 78-pen

Son xəbərlər

Orphus sistemi