Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq

Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq Bu barədə CBC Sportun baş direktoru açıqlama verib
Futbol
931
7 Sentyabr , 2017 16:40
Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasının oyunları Azərbaycanda ilk dəfə CBC Sport telekanalı vasitəsilə yayımlanacaq. "Report"un məlumatına görə, bu barədə telekanalın baş direktoru Volkan Üst bildirib. 

O deyib ki, Digitürk xarici ölkələr arasında ilk dəfə Azərbaycan telekanalına yayım hüququnu verib. V.Üst 3 ay öncə başlanan danışıqların AFFA-nın da dəstəyilə müsbət yekunlaşdığını vurğulayıb. Oyunlar CBC Sportun şərhçiləri tərəfindən şərh olunacaq. 

Qeyd edək ki, CBC Sport yayıma bu həftədən başlayacaq. Hər tur 2 oyun canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi