Türkiyə Super Liqasındakı klubların gəlirləri açıqlanıb

Türkiyə Super Liqasındakı klubların gəlirləri açıqlanıb Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən klublar ötən mövsüm ümumilikdə 4,2 milyard lirə (təxminən 1,2 milyard manat) gəlir əldə ediblər.
Futbol
13 Noyabr , 2019 13:29
Türkiyə Super Liqasındakı klubların gəlirləri açıqlanıb

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən klublar ötən mövsüm ümumilikdə 4,2 milyard lirə (təxminən 1,2 milyard manat) gəlir əldə ediblər.

"Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, son iki mövsümdə ölkə çempionu olan "Qalatasaray" gəlir baxımından da zirvədə qərarlaşıb. İstanbul təmsilçisi 2017/2018 mövsümündə 517,2 milyon lirə qazandığı halda, ötən mövsüm bu göstərici 908,5 milyon lirə olub.

"Fənərbağça"nın gəliri isə müvafiq olaraq, 514,2 milyon lirədən 694,3 milyon lirəyə yüksəlib. "Trabzonspor"un qazancı 205,4 milyon lirədən 318,3 milyon lirəyə çatıb. "Beşiktaş"ın gəliri isə azalıb. "Qartallar"ın gəliri 729,1 milyon lirədən 622,7 milyon lirəyə düşüb.

Qeyd edək ki, "Qalatasaray" azarkeş sayında da rəqiblərini qabaqlayıb. Ötən mövsüm "sarı-qırmızılar"ın ev oyunlarını orta hesabla 36 min 93 nəfər tribunadan izləyib.

Son xəbərlər

Orphus sistemi