Türkiyə Super Liqasında növbəti mövsümün başlama vaxtı açıqlanıb

Türkiyə Super Liqasında növbəti mövsümün başlama vaxtı açıqlanıb Çempionatın startından 5 gün əvvəl Superkubok oyunu olacaq
Futbol
24 Aprel , 2017 10:01
Türkiyə Super Liqasında növbəti mövsümün başlama vaxtı açıqlanıb

Bakı. 24 aprel. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında 2017-2018 mövsümünün başlanma vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar verib. Qərara əsasən, yüksək liqaya avqustun 11-də start veriləcək. Cari mövsümün çempionu və ölkə kubokunun qalibi arasında Türkiyə Super Kuboku uğrunda matç isə avqustun 6-da olacaq. Superkubok oyununun yeri və növbəti mövsümlə bağlı bütün planlaşdırmalar növbəti həftələrdə açıqlanacaq.

Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında Azərbaycan yığmasının üzvlərindən yalnız Deniz Yılmaz çıxış edir. O, "Bursaspor" klubunda forma geyinir. Slovakiya "Jilina"sında icarə əsasında oynayan Ramil Şeydayev isə müqavilə əsasında "Trabzonspor"a məxsusdur. 

Son xəbərlər

Orphus sistemi