Türkiyə Super Liqası: Eyni tur ərzində 3 oyunda erkən qollar vurulub

Türkiyə Super Liqası: Eyni tur ərzində 3 oyunda erkən qollar vurulub Türkiyə Super Liqasının VI turu həm komandaların, həm də çempionat tarixinin ən erkən qollarına səhnə olub.
Futbol
24 Sentyabr , 2021 00:49
Türkiyə Super Liqası: Eyni tur ərzində 3 oyunda erkən qollar vurulub

Türkiyə Super Liqasının VI turu həm komandaların, həm də çempionat tarixinin ən erkən qollarına səhnə olub.

"Report"un məlumatına görə, ilk olaraq, "Qaziantep"in hücumçusu Muhammet Demir evdə "Başakşehir"i hələ 9,18-ci saniyədə məyus edib. Bu, Superliqa tarixinin ən erkən qolu olub. Beləliklə, matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Daha sonra "Trabzonspor"un futbolçusu Andreas Kornelius "Konyaspor"la səfər görüşünün (2:2) 43-cü saniyəsində topu tora qovuşdurub. Bununla da Kornelius komandasının cari mövsümdə və 2014/2015 mövsümündən bəri ən erkən qoluna imza atıb.

Nəhayət, "Fənərbağça"nın oyunçusu Ferdi Kadıoğlu "Giresunspor"la ev matçının (2:1) 1,58-ci dəqiqəsində fərqlənərək, komandasının cari mövsümdə ən erkən topunun müəllifi olub. "Sarı-lacivərdlilər"in daha əvvəl öz meydanındakı ən erkən qolu 2019-cu ilin yanvarında "Yeni Malatyaspor"la görüşün 1,31-ci dəqiqəsinə təsadüf edib.

Son xəbərlər

Orphus sistemi