Türkiyə millisinin müdafiəçisi mövsümün sonuna kimi sıradan çıxıb

Türkiyə millisinin müdafiəçisi mövsümün sonuna kimi sıradan çıxıb İtaliyanın Yuventus klubunun futbolçusu Merih Demiral mövsümün sonuna kimi sırada çıxıb.
Futbol
13 Yanvar , 2020 15:29
Türkiyə millisinin müdafiəçisi mövsümün sonuna kimi sıradan çıxıb

İtaliyanın "Yuventus" klubunun futbolçusu Merih Demiral mövsümün sonuna kimi sırada çıxıb.

"Report" "Aksam"a istinadən xəbər verir ki, buna 22 yaşlı müdafiəçinin A Seriyasının XIX turunda "Roma"nı səfərdə məğlub etdikləri (2:1) görüşdə zədələnməsi səbəb olub. MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsi nəticəsinə görə türkiyəli oyunçunun çarpaz bağının qopduğu bəlli olub.

Merih Demiralın bu il keçiriləcək Avropa çempionatında iştirakı hələ ki, bəlli deyil.

Qeyd edək ki, Türkiyə millisi Avropa çempionatında İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda yer alıb. İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar. 

Son xəbərlər

Orphus sistemi