Türkiyə millisinin müdafiəçisi "Liverpul"a keçdi

Türkiyə millisinin müdafiəçisi "Liverpul"a keçdi Türkiyə millisinin və Almaniyanın "Şalke" komandasının futbolçusu Ozan Kabak İngiltərə "Liverpul"una keçib.
Futbol
1 Fevral , 2021 16:00
Türkiyə millisinin müdafiəçisi Liverpula keçdi
Ozan Kabak

Türkiyə millisinin və Almaniyanın "Şalke" komandasının futbolçusu Ozan Kabak İngiltərə "Liverpul"una keçib.

"Report" Bundesliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi Mersisayd təmsilçisində cari mövsümün sonundadək icarə əsasında çıxış edəcək.

Gənc oyunçu bu gün İngiltərəyə gedərək, rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, "Şalke" ilə 2024-cü ilin yayınadək sözləşməsi olan Ozan Kabak daha əvvəl ölkəsində "Qalatasaray"ın da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi