Türkiyə millisinin heyətində daha bir dəyişiklik edilib

Türkiyə millisinin heyətində daha bir dəyişiklik edilib Bakı. 20 mart. REPORT.AZ/ İrlandiya və Monteneqro yığmaları ilə yoldaşlıq görüşləri ərəfəsində futbol üzrə Türkiyə milli komandasının heyətində daha bir dəyişiklik edilib.
Futbol
20 Mart , 2018 12:50
Türkiyə millisinin heyətində daha bir dəyişiklik edilib

Bakı. 20 mart. REPORT.AZ/ İrlandiya və Monteneqro yığmaları ilə yoldaşlıq görüşləri ərəfəsində futbol üzrə Türkiyə milli komandasının heyətində daha bir dəyişiklik edilib.

"Report"un məlumatına görə, İspaniya "Selta"sında çıxış edən Emre Mor ağır qripə yoluxduğundan millidən kənarlaşdırılıb. 

Onu "Fənərbağça"nın yarımmüdafiəçisi Alper Potuk əvəzləyib.

Bundan əvvəl zədəli Oğuzhan Özyakupla Ömer Toprakın yerinə komandaya Mahmut Tekdemir və İrfan Can Kahveci dəvət olunub.

Qeyd edək ki, İrlandiya ilə oyun martın 23-də Antalyada, Monteneqro ilə qarşılaşma isə martın 27-də Podqoritsada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi