Türkiyə millisinin futbolçusu üçün mövsüm başa çatdı

Türkiyə millisinin futbolçusu üçün mövsüm başa çatdı Türkiyə millisinin və Almaniyanın Verder klubunun futbolçusu Nuri Şahinin zədəsi ciddidir.
Futbol
2 İyun , 2020 19:56
Türkiyə millisinin futbolçusu üçün mövsüm başa çatdı

Türkiyə millisinin və Almaniyanın "Verder" klubunun futbolçusu Nuri Şahinin zədəsi ciddidir.

"Report"un "NTV Spor"a istinadən məlumatına görə, bu barədə komandanın baş məşqçisi Florian Kofeldt deyib.

O bildirib ki, 32 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxa bilməyəcək.

Bir müddət öncə bud nahiyyəsindən zədə alan oyunçunun Bremen təmsilçisindən ayrılacağı gözlənilir. Onunla Türkiyənin "Fənərbağça" klubu yaxından maraqlanır.

Qeyd edək ki, Nuri Şahin 2018-ci ildən "Verder"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi