Türkiyə millisinin və "Göztepe" klubunun sabiq futbolçusu Fevzi Zemzem dünyasını dəyişib.
"Report" Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "buldozer" ləqəbli veteran hücumçu 80 yaşında vəfat edib.
2020-ci ildən infarkt keçirən Zemzemin ürəyinə iki stend qoyulmuşdu.
Qeyd edək ki, Fevzi Zemzem 144 qolla "Göztepe"nin Türkiyə Super Liqasındakı ən yaxşı bombardiridir. Milli komandada 18 oyun keçirən mərhum futbolçu 6 qol vurub. Ona fiziki göstəricilərinə görə "buldozer" ləqəbi verilib.