Türkiyə millisinin Bakıdakı hər iki matçı eyni saatda başlanacaq

Türkiyə millisinin Bakıdakı hər iki matçı eyni saatda başlanacaq AVRO-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının başlama saatları müəyyənləşib.
Futbol
227
1 Dekabr , 2019 02:55
Türkiyə millisinin Bakıdakı hər iki matçı eyni saatda başlanacaq

AVRO-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının başlama saatları müəyyənləşib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk matç iyunun 13-də saat 17:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 15:00-da) Uels və İsveçrə milliləri arasında olacaq. Türkiyə millisinin iyunun 17-də Uels və iyunun 21-də İsveçrə ilə görüşləri isə saat 20:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da) başlanacaq.

Hazırda Bakı və Mərkəzi Avropa vaxtları arasında 3 saatlıq fərq mövcuddur. Lakin martın sonlarında bu fərq 2 saata enəcək.

Qeyd edək ki, A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

Son xəbərlər

Orphus sistemi