Türkiyə millisinin AVRO-2020-dən qazancı bəlli oldu

Türkiyə millisinin AVRO-2020-dən qazancı bəlli oldu Futbol üzrə Türkiyə millisinin Avropa çempionatından qazancı bəlli olub.
Futbol
22 İyun , 2021 14:06
Türkiyə millisinin AVRO-2020-dən qazancı bəlli oldu

Futbol üzrə Türkiyə millisinin Avropa çempionatından qazancı bəlli olub.

"Report"un məlumatına görə, UEFA turnirdə iştirak edən 24 komandanın hər birinə 9,25 milyon avro ödəyəcək.

Qrup mərhələsindəki qələbəyə görə 1,5 milyon avro, heç-heçəyə isə 750 min avro verilir.

Türkiyə seçməsi hər üç görüşdə uduzduğu üçün yarışı 9,25 milyon avro ilə başa vurub.

Qeyd edək ki, mükafat fondu 371 milyon avro olan AVRO-2020 iyulun 11-də başa çatacaq. Türkiyə seçməsi Romadakı açılış matçında İtaliyaya 0:3, Bakıda ilk görüşdə Uelsə 0:2, ardından İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi