Türkiyə millisi AVRO-2020-yə qələbə ilə yollanır

Türkiyə millisi AVRO-2020-yə qələbə ilə yollanır Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatı ərəfəsində son yoldaşlıq görüşünü Moldovaya qarşı keçirib.
Futbol
258
4 İyun , 2021 00:11
Türkiyə millisi AVRO-2020-yə qələbə ilə yollanır

Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatı ərəfəsində son yoldaşlıq görüşünü Moldovaya qarşı keçirib.

"Report"un məlumatına görə, Almaniyanın Paderborn şəhərindəki "Benteler Arena"da təşkil olunmuş qarşılaşma "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Burak Yılmaz 58-ci, Cengiz Ünder isə 77-ci dəqiqələrdə vurub.

Bu, Türkiyə millisinin AVRO-2020 öncəsi üçüncü yoldaşlıq oyunu olub. Şenol Güneşin baş məşqçi olduğu kollektiv daha əvvəl Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib və Qvineya ilə heç-heçə edib - 0:0.

Qeyd edək ki, "ay-ulduzlular" Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

Son xəbərlər

Orphus sistemi