Türkiyə mətbuatı: Robert Prosineçki İspaniyanın “Sevilya” klubundan təklif alıb

Türkiyə mətbuatı: Robert Prosineçki İspaniyanın “Sevilya” klubundan təklif alıb Andalusiyalıların artıq onunla danışıq apardığı bildirilir
Futbol
3 May , 2017 10:35
Türkiyə mətbuatı: Robert Prosineçki İspaniyanın “Sevilya” klubundan təklif alıb

Bakı. 3 may. REPORT.AZ/ Türkiyənin “Bursaspor” komandasına rəhbərlik etməyə namizədlər arasında göstərilən Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin daha bir müştərisi peyda olub.

“Report”un“Fanatik”ə istinadən verdiyi məlumata görə, 48 yaşlı xorvatiyalı mütəxəssisin xidmətində İspaniyanın “Sevilya” klubu da maraqlıdır. Andalusiyalıların artıq onunla danışıq apardığı bildirilir.

Nəşr iddia edir ki, İspaniya təmsilçisinin hazırkı baş məşqçisi Xorxe Sampaoli mövsümün sonunda Argentina yığmasının sükanı arxasına keçəcəyi halda, “Sevilya” R.Prosineçkiyə tapşırılacaq.

Qeyd edək ki, Robert Prosineçki futbolçu karyerası ərzində İspaniyada “Real Madrid” və “Barselona” ilə yanaşı, 1996/1997 mövsümündə “Sevilya”da da çıxış edib. Onunla hazırda İspaniyanın digər təmsilçisi “Valensiya”nın da maraqlandığı bildirilir.

Son xəbərlər

Orphus sistemi