Türkiyə mətbuatı: "Fənərbağça" Joze Mourinyoya təklif göndərib

Türkiyə mətbuatı: "Fənərbağça" Joze Mourinyoya təklif göndərib Portuqaliyalı mütəxəssisə ildə 10 milyon avro veriləcək
Futbol
5 Noyabr , 2015 12:53
Türkiyə mətbuatı: Fənərbağça Joze Mourinyoya təklif göndərib

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu İngiltərə "Çelsi"sinin baş məşqçisi Joze Mourinyoya təklif göndərib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi baş məşqçi Vitor Pereyranın qış fasiləsində istefasının mümkünlüyünü düşünür. Bu səbəbdən də "Çelsi"dən də ayrılacağı iddia edilən J.Mourinyoya təklif göndərilib. Artıq portuqaliyalı mütəxəssis klub rəhbərliyi ilə ilkin görüşə razılıq verib və yanvarda tərəflər bir araya gələcək.

Xəbərə görə, "Fənərbağça" 52 yaşlı mütəxəssisə ildə 6 milyon avro nağd, 4 milyon avro isə mükafat verəcək.

Qeyd edək ki, J.Mourinyo işlədiyi "Çelsi", "İnter", "Real Madrid", "Portu" klubları ilə dəfələrlə ölkə çempionu olub, Çempionlar Liqasının və UEFA Kubokunun qalibi adını qazanıb.

Son xəbərlər

Orphus sistemi