Türkiyə Kubokunun sahibi "Qarabağ"ın keçmiş hücumçusu ilə maraqlanır

Türkiyə Kubokunun sahibi "Qarabağ"ın keçmiş hücumçusu ilə maraqlanır Hollandiyalı futbolçu "Akhisarspor"a keçə bilər
Futbol
14 May , 2018 09:27
Türkiyə Kubokunun sahibi Qarabağın keçmiş hücumçusu ilə maraqlanır
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ "Qarabağ" klubunun sabiq futbolçusu Raydell Pupon Türkiyənin "Akhisarspor" klubuna keçə bilər.

"Report"un "Yeni Asır" nəşrinə istinadən verdiyi məlumata görə, ölkə kubokunun sahibi mərkəz hücumçusu mövqeyinə hollandiyalı forvardı transfer etmək istəyir. 31 yaşlı hücumçu ilə yenidən Super Liqaya yüksələn "Ankaragücü" və "Rizespor" da maraqlanır.

Pupon 2 mövsümdür Türkiyə I Liqasında "Boluspor"un formasını geyinir. O, ilk mövsümündə 30 oyuna 16, bu mövsüm isə 36 matçda 20 qol vurub.

Qeyd edək ki, Raydell Pupon "Qarabağ"da 2015-2016 mövsümünün ilk yarısında forma geyinib. O, 15 oyuna 1 qol vurub. 

Son xəbərlər

Orphus sistemi