Türkiyə kuboku: "Beşiktaş" 10 ildən sonra finala vəsiqə qazandı

Türkiyə kuboku: "Beşiktaş" 10 ildən sonra finala vəsiqə qazandı Futbol üzrə Türkiyə kubokunda ilk finalçı məlum olub
Futbol
17 Mart , 2021 01:17
Türkiyə kuboku: Beşiktaş 10 ildən sonra finala vəsiqə qazandı

Futbol üzrə Türkiyə kubokunda ilk finalçı məlum olub.

"Report"un məlumatına görə, yarımfinalda "Başakşehir"i 3:2 hesabı ilə məğlub edən "Beşiktaş" 10 ildən sonra həlledici oyuna vəsiqə qazanıb.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran "qara qartallar" adını finala yazdırıb.

Türkiyə kuboku

Yarımfinal

"Beşiktaş" - "Başakşehir" - 3:2 (Əlavə vaxtda 1:0)

Qollar: Vensen Abubakar, 17, Domaqoy Vida, 22, Kayl Larin, 102 - Deniz Türüç, 60, Juliano, 77

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda bu gün "Antalyaspor" "Alanyaspor"u qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi