Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı

Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı Türkiyənin "Qaziantep" komandasına yeni baş məşqçi təyin olunub.
Futbol
20 Yanvar , 2021 13:45
Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı

Türkiyənin "Qaziantep" komandasına yeni baş məşqçi təyin olunub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı portuqaliyalı mütəxəssis Rikardu Sa Pintuya tapşırılıb.

49 yaşlı baş məşqçi ilə 2,5 illik müqavilə imzalanıb. Sa Pintu bu vəzifədə bir neçə gün öncə istefaya göndərilmiş Mariuş Şumuditsanı əvəzləyib.

Qeyd edək ki, daha əvvəl ölkəsinin "Sportinq" və "Braqa" klublarına başçılıq etmiş Rikardu Sa Pintu Serbiyada "Srvena Zvezda", Belçikada "Standard" və Polşada "Legiya" kimi komandalarda da işləyib.

Son xəbərlər

Orphus sistemi